QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AFFA DA VAQİF CAVADOVU SEÇDİ (futbolpress.az)

Bu gün 2009-cu ildə Azərbaycanın qadın, futzal, çimərlik futbolu və əsas milli komandasnın ən yaxşı futbolçusunun adı açıqlanıb. AFFA-nın təşkil etdiyi sorğunun nəticələri açıqlanıb. Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klubların rəsmiləri, baş məşqçiləri, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Öncə milli komandanın üzvləri zala dəvət olunublar. Baş məşqçi Berti Foqts isə mərasimə qatıla bilməyib. Beləliklə, nəticələrə görə, ilin ən yaxşı qadın futbolçusu Ana Atayeva, ilin ən yaxşı futzalçısı Rizvan Fərzəliyev, çimərlik üzrə yığmanın isə ən yaxşı futbolçusu Elvin Quliyev olub.

Ən sonda əsas milli komandanın ən yaxşı futbolçusu və qapıçısının adları açıqlanıb. Bu nominasiyada sorğu ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri, kapitanları, əsas milli komandanın baş məşqçisi, texniki direktor və veteran futbolçu - İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov arasında keçirilib. Yığmanın ən yaxşı qapıçısı Kamran Ağayev, futbolçusu isə Vaqif Cavadovu mükafatlandırıb seşilib.