QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qorxmaz "Qarabağ"a niyə həsəd apardı? (korner.az)

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən "Qarabağ" - "Bakı" matçından sonra çalışdırıcıların fikirləri belə olub:

Qurban Qurbanov, "Qarabağ"ın baş məşqçisi: "Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Təəssüf ki, istəyimizə çaya bilmədik. Yaydan etibarən 32 oyun keçirmişik. Bu oyunların yorğunluğu özünü göstərdi. Buna baxmayaraq, komandamız bu gün axıra kimi mübarizə apardı."

Bülənt Qorxmaz, "Bakı"ın baş məşqçisi: "Azərbaycanın ən yaxşı komandasına qarşı mübarizə apardıq. "Qarabağ"ın heyətinin əsas hissəsi gənclərdən təşkil olunub. Gələcəkdə "Bakı"nı da bu cür görmək istərdim. Futbolçularım meydanda sona qədər mübarizə apardılar. Nəticə məni qane etməsə də, oyundan razı qaldım."