QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Tvente" "Qarabağ"a 500 min dollar ödəyib (fanat.az)

Hollandiya klubunun nümayəndələri Bakıya səfər edib

Fanat: Vaqif Cavadovun yeni ildən şərəfini qoruyacağı Hollandiyanın "Tvente" klubunun nümayəndələri bu yaxınlarda Bakıya səfər edib. Fanat.az xəbər verir ki, hollandların ölkəmizə səfərinin məqsədi "Qarabağ"la danışıqlar aparmaq olub.
Danışıqlar prosesində Vaqif də iştirak edib və tərəflər transfer üçün razılığa gəlib. "Tvente"nin Cavadova görə 500 min dollara yaxın transfer haqqı ödədiyi deyilir.
Qeyd edək ki, Vaqif Hollandiya klubu ilə ilkin müqavilə imzalayıb. Rəsmi anlaşma isə yanvarın 5-də imzalanacaq. Bundan sonra "Tvente" futbolçumuz üçün təqdimat mərasimi keçirəcək.