QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “İlin ən yaxşı komandası” seçildi (qol.az)

Qarabağ” klubu daha bir mükafat qazanıb. Qol.Az-ın Ağdam klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tanınmış təşkilatçı promouterlərindən olan “Xəyal Prodakşın” cari ildə müxtəlif nominasiyalar üzrə ölkənin ən yaxşılarını seçib. 26 nominasiyada mükafat təqdim olunduğu mərasimdə geridə buraxdığımız ildə qazandığı uğurlar “Qarabağ”ın “ilin ən yaxşı komandası” mükafatına sahib çıxmasına səbəb olub.
“Xəyal Prodakşın”ın prezidenti Xəyal Rzazadə “Qarabağ”ı ölkəmizin qüruru kimi təqdim edib, futbolda ölkəmizə əvəzsiz sevinc gətirən “Qarabağ”ın hər kəsin sevimlisi olduğunu vurğulayıb. “Qarabağ”ın azərbaycanlı futbolçulardan qurulması isə xüsusilə qeyd edilib. 300-ə yaxın qonağın gurultulu alqışının müşayəti ilə “İlin ən yaxşı komandası” mükafatı və plaketini alan “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu uğurun Ağdam klubunun üzvləri ilə yanaşı, sona qədər komandanı dəstəkləyənlərin başarısı olduğunu bildirib. “Qarabağ”ın çalışdırıcısı eyni zamanda qarşıdan gələn ildə də əldə etdikləri mükafatların onları motivasiya edəcəyini qeyd edib.