QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”a daha bir mükafat verildi (korner.az)
Avrokuboklardakı çıxışıyla azarkeşlərin sevgisini qazanan “Qarabağ”ın daxil çempionatda da bu uğuru davam etdirməsi gözdən qaçmır. “Korner.az” xəbər verir ki, Ağdam təmsilçisi daha bir mükafata layiq görülüb. Ölkənin tanınmış təşkilatçı promouterlərindən olan “Xəyal Prodakşn” arxada qaldığımız il üzrə müxtəlif nominasiyalar üzrə ölkənin ən yaxşılarını seçib. 26 nominasiyada mükafat təqdim olunduğu mərasimdə geridə buraxdığımız ildə qazandığı uğurlar “Qarabağ” “ilin ən yaxşı komandası” mükafatına sahib çıxmasına səbəb olub. “Xəyal Prodakşn”ın prezidenti Xəyal Rzazadənin təqdimatında ölkəmizin qüruru kimi təqdim olunan, idmanın şahı sayılan futbolda ölkəmizə əvəzsiz sevinc gətirən “Qarabağ”ın hər kəsin sevimlisi olduğunu vurğulandı. “Qarabağ”ın azərbaycanlı futbolçulardan qurulduğu isə xüsusiylə qeyd edildi. 300-ə yaxın qonağın gurultulu alqışının müşayəti ilə “İlin ən yaxşı komandası” mükafatı və plaketini alan baş məşqçi Qurban Qurbanov, bu uğurun “Qarabağ” FK-nın camiəsiylə yanaşı sona qədər komandanı dəstəkləyənlərin başarısı olduğunu bildirib. Qurban bəy qarşıdan gələn ildə də əldə etdikləri mükafatların onları motivasiya edəcəklərini əlavə edib.