QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Tvente”nin qarşısına şərt qoydu (apasport.az)


“Gənclərə verilən şans sabahımıza olan inamdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Gözəl komandanın rəsmi internet saytına verdiyi açıqlamada Vaqif Cavadovun Hollandiya “Tvente”sinə keçidinə münasibət bildirib. O, futbolçunun yeni klubunda əsas heyətə düşməsi ilə bağlı Enshede təmsilçisi ilə şərt kəsdiyini açıqlayıb: “Tvente” ilə oyundan sonra hollandiyalıların prezidenti ilə söhbət edirdik. Bu zaman onların baş məşqçisi Stiv Maklaren bizə yaxınlaşdı və bu günü heç vaxt unuda bilməyəcəyini dedi. Bu bizim üçün bir nailiyyət idi. Yoop Munstermanla Vaqifin “Tvente”yə verilməsi haqda danışanda onun qarşısına şərti qoydum: Cavadovu onlara veririk. Amma hücumçumuz mütləq oynamalıdır! Munsterman da mənimlə razılaşdı, və söz verdi ki, Vaqif “Tvente”də oynayacaq”.

Qeyd edək ki, Hollandiyaya transfer olunan ilk azərbaycanlı futbolçu kimi tarixə düşən Cavadov “Tvente” ilə uzunmüddətli müqavilə imzalayıb.