QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” və “Gümüş kamera” (apasport.az)
Ağdamın “Qarabağ” klubu haqda sənədli film hazırlayan hollandiyalı fotoqraf Dirk Yan Visser bu işinə görə “Gümüş kamera” mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının dördüncü seçmə mərhələsi çərçivəsində “Qarabağ” ilə Hollandiya “Tvente”si arasındakı görüş ərəfəsində təmsilçimiz haqda hazırladığı material Visserə uğur gətirib. O Haaqa Fotoqrafiya Muzeyinin təsis etdiyi “Gümüş kamera” mükafatının xarici əsər nominasiyasının qalibi olub.

Qeyd edək ki, hollandiyalı fotoqrafa mükafat yanvarın 24-də təqdim olunacaq.