QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ"DA İKİ ARGENTİNA VƏ BİR LİTVA FUTBOLÇUSU (supersport.az)

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın düşərgəsinə daha üç futbolçu qoşulub.

İkisi Argentina, biri isə Litvadan olan bu futbolçular yaxın günlərdə Qurban Qurbanovun sərəncamında özlərini sübut etməyə çalıçacaqlar. Klubun saytında yer alan məlumatda yeni futbolçuların karyerası təqdim olunub:

Mindauqas QRİQALEVİÇİUS

1981-ci il doğumlu bu futbolçunun ampluası hücumçudur. Karyerasına 1999-cu ildə "Jalgris" komandasında başlayan Mindauqas, 2003-2004 mövsümündə Farer adalarının "VB" Vagur komandasında legioner həyatı yaşayıb. Daha sonra vətənə dönən futbolçu öncə "Şilute"(2004-06), sonra isə "Kaunas" (2006-08) komandalarının şərəfini qoruyub. Futbolçu son mövsümü çempionatda ikinci yerdə başa vurmuş "Vetra"da keçirib. Bu dövrlər ərzində milli komandanın də şərəfini qorumuş futbolçu ikiqat Litva çempionudur.

Julio Cesar JUNCO

1983-cü ildə anadan olan argentinalı futbolçu hücumameylli sol yarımmüdafiəçidir. Karyerasına "Almagro" komandasında başlayan futbolçu 2006-08 mövsümlərində Boliviyanin "Vilstermann" komandasında oynayıb. "Almagro"nun iddiasının artması futbolçunu vətənə qaytarıb. Son bir ildə futbolçu məhz bu klubun uğuru üçün çalışıb.

Ever Antonio ZARATE

1980-ci il doğumlu futbolçunun ampluası yarımmüdafiəçidir. Sag və sol cinahlardan hücuma dəstək verə bilən futbolçu bütün karyerasını "Estiduantes" komandasının uğurlarına həsr edib. Yalnız 2006-07 sezonunda "Tiqre" komandasına keçən futbolçu sonra yenidən doğma komandasına qayıdıb.