QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Estudiantes”in futbolçusu “Qarabağ”da! (apasport.az)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu baxışa daha üç futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, iki argentinalı və bir litvalı oyunçu sınaq müddətində özünü göstərərək ağdamlıların heyətində qalmağa çalışacaqlar.

İkiqat Litva çempionu olan Mindauqas Qriqaleviçyus “Qarabağ”ın düşərgəsinə “Vetra” klubundan gəlib. Karyerası ərzində vətənində “Jalgiris”, “Silute”, “Kaunas” klublarında da oynamış 29 yaşlı hücumçu legioner həyatı yaşadığı Farer adalarında “VB”nin şərəfini qoruyub. Mindauqas ilk dəfə 2003-cü ildə dəvət aldığı Litva yığmasında 2 oyun keçirib.

Litvalı futbolçudan iki yaş kiçik olan Julio Sezar Yunko Argentinanın “Almaqro” klubundan dəvət olunub. Hücuma meylli sol cinah yarımmüdafiəçisi elə karyerasına da bu klubda başlayıb. Sonradan vətənini tərk edən argentinalı 2006-2008-ci illərdə Boliviyanın “Vilstermann” komandasında çıxış edib. İki il əvvəl isə Julio doğma komandasına qayıdıb.

Onun həmyerlisi Ever Antonio Zarate daha təcrübəli oyunçudur. Bu il 30 yaşını qeyd edəcək yarımmüdafiəçi həm sağ, həm də sol cinahlardan hücuma dəstək verə bilir. Karyerasının böyük hissəsini “Estiduantes”ə bağlayan Zarate yalnız bir dəfə bu klubdan ayrılıb. O, 2006/07 mövsümünü “Tigre”də çıxış edib. Lakin Zaratenin oynadığı “Estudiantes” dünyanın ən güclü klublarından olan La-Plata təmsilçisi deyil. Ever Antonio aşağı dəstədə Buenos-Ayresi təmsil edən “Estudiantes”in şərəfini qoruyub.