QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov legionerlərə qapını göstərdi(qol.az)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan «Qarabağ» klubu bu gün Rusiyanın «SKA-Enerjiya» komandasına qarşı keçirilən oyundan sonra baxışa dəvət olunan legionerlərin əksəriyyətinin geri göndərmək qərarına gəlib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu barədə «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Məlumatda daha sonra deyilir ki, «SKA-Energiya» ilə yoxlama matçında baxışa gələn futbolçuların bir-birini başa düşməməsi açıq-aşkar sezilib. «Məhz bunun nəticəsi olaraq rəqibin dörd dəfə fərqlənməsinə komandamız bir dəfə cavab verə bildi» - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bugünkü qarşılaşmada Q.Qurbanov legionerlərdən Borut Semler, Hossam Hassan, Julio Cesar Junco, Ever Antonio Zarate və  Mindauqas Qriqaleviçiusi baxışdan keçirib.

Əlavə edək ki, bu gün «SKA-Energiya»ya 1:4 hesabı ilə uduzan «Qarabağ» Bakı vaxtı ilə saat 19.00-da ikinci yoxlama oyunu keçirəcək. Komandamızın rəqibi Qazaxıstanın «İrtiş» klubu olacaq.