QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Misir yığmasının üzvü "Qarabağ"da (90plus.info)
90plus.info xəbər verir ki, "Qarabağ" heyəti gücləndirmək üçün işlərini davam etdirir. Misir yığma komandasının 14 nömrəli  futbolçusu Hossam Hasan Ağdam təmsilçisinin düşərgəsinə qoşulub. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
1989-cu il doğumlu, Misir U-20 Yığma komandasının aparıcı üzvü Hossam Hasan  bu gün komandanın heyətində yoxlama oyununda iştirak edəcək.
Qeyd edək ki, yarımmüdafiəçi bir neçə ay əvvəl 20 yaşlılardan ibarət Dünya kuboku uğrunda yarışda da ölkəsinin şərəfini qorumuşdur. Misirdə hər zaman yüksək yerlər uğrunda mübarizə aparan, hal-hazırda 3-cü yerdə məskunlaşmış "FC Enppi" komandasından çağrılmış futbolçu "El Zmalek" komandasının yetirməsidir.  "Enppi" komandasına  Hossamın uşaqlıqdan göstərdiyi texnikalı oyun, milli komandada gözəl çıxışı səbəb olmuşdur. Təəccüblü deyil ki, Hossam ölkəsində gənc yaşlarında - 15 yaşında professional müqavilə imzalayan futbolçulardan biridir.