QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”da iki yeni futbolçu - FOTO (apasport.az)


“Qarabağ” klubu Antalyada keçirdiyi hazırlığını başa vurmaq üzrədir. Apasport.az saytının məlumatına görə, transfer məsələsində tələsməyən Ağdam təmsilçisi bu gün keçiriləcək yoldaşlıq görüşündə daha iki hücumçunu baxışdan keçirəcək.

29 yaşlı xorvatiyalı Zelko Malciç “Cibalia Vinkovci” klubundan gəlib. Vaxtilə Almaniyanın II Bundesliqasında oynayıb. Stinga Petru isə moldovalıdır, 22 yaşı var. Moldovanın Superliqa təmsilçisi, hal-hazırda liderlər qrupunda yer alan “İskra”da oynayan futbolçu “Şerif” və “Daçiya” klublarının da şərəfini qoruyub.