QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”ın millidəki üzvlərinin sayı doqquza çatdı (qol.az)
Millimizin baş məşqçisi Berti Foqts bu gün açıqladığı heyətdə “Qarabağ”ın daha iki futbolçusuna dəvət göndərib. Qol.Az-ın məlumatına görə, Əfran İsmayılov və Rauf Əliyevin də milliyə dəvət almasıyla “Qarabağ”ın millidəki üzvlərinin sayı 9-a çatıb. Xatırladaq ki, bu iki oyunçudan əlavə Fərhad Vəliyev, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedyev, Vüqar Nadirov  və Elvin Məmmədov da “Qarabağ”dan milliyə dəvət alıblar.