QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
ƏFRAN İSMAYILOV ƏN YAXŞI FUTBOLÇU SEÇİLDİ

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın 21 yaşlı yarımmüdafiəçisi 1111 manat mükafat aldı.

Peşəkar Futbol Liqasının keçirdiyi sorğuya əsasən, Ağdamın "Qarabağ" klubunun 21 yaşlı yarımmüdafiəçisi Əfran İsmayılov 2009-cu ilin dekabr ayı üçün Unibank Premyer Liqasının ən yaxşı futbolçusu seçildi. Bununla yanaşı Unibank-ın rəhbərliyi ona 1111 manat mükafat da təqdim edib. Xatırladaq ki, sorğuda Premyer Liqada mübarizə aparan 12 klubun və 30 kütləvi informasiya vasitəsinin nümayəndəsi iştirak edib. Sorğuya qatılan respondentlərin 80 faizdən çoxu "Qarabağ"ın yarımmüdafiəçisinə səs verib.