QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Maksim Medvedev: “İnter”ə oynamağa imkan vermədik" (imaretfc.com)
 
- İlk öncə son oyun haqqında danışardınız...
- Çətin oyun olub. Yaranan qol epizodlarından istifadə etsəydik, azı 4-5 qol vurardıq. Bəlkə bizdən belə oyun gözləmirdilər. “İnter”ə oynamağa imkan vermədik. Meydança ağır vəziyyətdə idi. Oynamaqda çətinlik çəkirdik. Lənkaranla oyundan sonra bu oyuna çıxmışdıq
- Komandamız qol müdafiəçilərimizin səhfindən buraxdı...
- Yox. Burada müdafiəçiləri günahlandırmaq olmaz.
- Vaqifin yoxluğunda qol vurmaqda çətinlik çəkirik. Bu bütün hücumların Vaqifin üzərində qurulmasıyla bağlıydı, yoxsa?
- Əvəzedilməz oyunçu yoxdu. Düzdü bütün hücumları sol cinahdan, Vaqifin üzərində qururduq. Vaqif gedəndə sonra bütün komandayla irəli çıxırıq. Yeni transferlərdən Rəşad Kərimov özünü təsdiqlədi. Artıq qolunu da vurub. Adamiya artıq sözünü demiş futbolçudu. Zədəsi var. İnşallah sıraya dönüb, öz köməkliyini edəcək.
- Sabah bizi öz oynumuzdan daha çox “İnter”in oyunu maraqlandırır. Səncə Bu oyunda favorit kim olacaq?
- “Neftçi” bu oyunda minimum bir xal götürməlidi. Çünki, “altılıq”da lazım olacaq. “İnter”ə də qələbə hava-su kimi olacaq. Məncə oyun maraqlı keçəcək.
- Yığmamıza çağrılan futbolçuların əksəriyyəti “Qarabağ”ın futbolçularıdı...
- “Qarabağ”ın sistemli təməli çoxdan qurulub. Buna görə bu qədər futbolçuyla təmsil olunuruq. Bu sistemin davamı olacaq.