QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" 239-cu pilləyə yuvarlandı (fanat.az)

Azərbaycan klubu "Blekbörn"i, "Napoli"ni, "Kalyari" və "Santos"u qabaqladı

Fanat: Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, 350 ən güclü arasında Azərbaycanı yenə də yalnız "Qarabağ" təmsil edib.
Özü də Ağdam klubu ötən ayla müqayisədə 5 pillə geriləyib. Belə ki, ötən siyahıda 234-cü olan təmsilçimiz bu dəfə 239-cu pilləni tutub. "Qarabağ"ın aktivində 80,5 xal var. "Qarabağ"la eyni xala sahib olan İordaniyanın "Əl-Vehdat", Özbəkistanın "Neftçi" və Rumıniyanın "Brasov" klubları 239-243-cü pillələri bölüşüblər.
"Qarabağ" siyahıda İngiltərənin "Blekbörn", İtaliyanın "Napoli", "Kalyari", "Kyevo", "Kataniya", Fransanın "Loryan", "Sent-Etyenn", İspaniyanın "Espanyol", "Almeriya", Braziliyanın "Santos", "Qremio" və Almaniyanın "Borussiya" (Münhenqlabax) kimi tanınmış klublarını arxada qoyub.
Siyahıya yenə də "Barselona" başçılıq edir (321 xal). İkinci pillədəki "Çelsi"nin 286 xalı var. "Mançester Yunayted" üçüncü pillədəki yerini itirib (4-cü pillə, 278 xal). Ötən ay 6-cı olan "Verder" üçüncü pilləyə yüksəlib - 284 xal.
Vaqif Cavadovun çıxışt etdiyi "Tvente" 1 pillə geriləyib. Hollandiya təmsilçisi 201,5 xalla 19-cu olub. Mahir Şükürovun çıxış etdiyi Rusiyanın "Anji" klubu siyahıya düşməyib. Araz Abdullayevin transfer olunduğu Kazan "Rubin"i  105-ci pillədən 77-ci yerə yüksəlib.
Türkiyə klublarından yenə ən yaxşı nəticəni "Qalatasaray" göstərib. Ötən ay 11-ci olan "Sarı-qırmızılı" klub bu dəfə 3 pillə geriləyib - 11-ci yer. "Fənərbaxça" bir pillə irəliləyərək, 23-cü olub. "Beşiktaş" 31 pillə geriləyib və 125-ci yeri tutub. "Trabzonspor" 243-cü pillədən 175-ə, "Bursaspor" isə 281-ci yerdəq 234-ə qalxıb.
Post-sovet məkanı ölkələrindən ən yaxşı nəticəni göstərən "Şaxtyor" 4-cü pillədən 5-ci yerə yuvarlanıb. MDB məkanını təmsil edən digər klubların sıralaması belədir: 47 (43) Dinamo (Kiyev, Ukrayna), 71 (53) ÇSKA (Moskva, Rusiya), 79 (77) Şerif (Moldova), 84 (98) "Bunyodkor" (Özbəkistan), 87 (98) "Paktakor" (Özbəkistan), 95 (102) "Metallurq" (Donetsk, Ukrayna), 168 (98) "Metallist" (Xarkov, Ukrayna), 193 (191) Olimpi (Gürcüstan), 212 (131) "Zenit" (Rusiya), 228 (223) "Zestafoni" (Gürcüstan), 254 (243) "Dinamo" (Moskva, Rusiya), 293 (281) "Pünik" (Ermənistan), 300 (301) "VİT-Corcia" (Gürcüstan), 316 (309) "Moskva" (Rusiya), 318 (309) "Tavriya" (Ukrayna), 327 (312), "Metallurq" *Latviya), 336 (324) "Vorskla" (Ukrayna).