QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: «Bu qələbələrdən arxayınlaşmaq olmaz» (qol.az)

«İordaniya və Lüksemburq yığmaları ilə görüşlərdə Azərbaycan millisində müəyyən çatışmazlıqlar var idi. Bu, konkret hansısa mövqeyə deyil, ümumən komandanın oyununa aiddir. Amma bütövlükdə millimiz son iki oyunda pis təsir bağışlamadı. Xüsusən Azərbaycan millisinin ənənəvi qol vurmaq probleminin son iki oyunda aradan qaldırması məni məmnun edir. Komandamızın hər iki oyunda iki qol vurması bizi sevindirməyə bilməz. Amma bütün hallarda hesab edirəm ki, futbolçular bu qələbələrdən arxayınlaşmamalı və qarşıdakı rəsmi oyunlara daha ciddi hazırlaşmalıdırlar». Bu sözləri milli komandamızın son yoxlama görüşlərini Qol.Az saytına şərh edən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov söyləyib. Onun fikrincə, seçmə mərhələdəki rəqiblər daha güclü olduqlarından futbolçular bu oyunların məsuliyyətini dərk etməlidirlər.
Q.Qurbanov «Qarabağ»ın bu yoxlama oyunlarında debüt edən futbolçuları - Əfran İsmayılov və Rauf Əliyev haqda da danışıb. Bildirib ki, hər iki oyunçuda həyəcan hiss olunub. «Həm də belə oyunlar üçün onların təcrübələri də azdır. Bu mənada, hesab edirəm ki, Əfran və Rauf millidə möhkəmlənmək üçün bundan sonra da daha səylə çalışmalıdırlar.