QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» «Bakı» ilə oyunun hazırlığına başladı (qol.az)
Martın 12-də «Bakı» ilə qarşılaşacaq «Qarabağ» oyunun hazırlıqlarına start verib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, «Qarabağ» dünən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxıb.
Xatırladaq ki, Ağdam Quzanlı qəsəbə stadionunda ot örtüyünün təmiri ilə əlaqədar «Qarabağ»la «Bakı» arasında oyunların keçirilmə yeri dəyişdirilib.