QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" "Bakı" ilə oyuna ciddi itki ilə çıxacaq (qol.az)

Unibank Premyer Liqasının final mərhələsinin ilk turunda son ölkə çempionu "Bakı" ilə qarşılaşacaq Ağdamın "Qarabağ" klubu cümə günü keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün oyun öncəsi son məşqini T.Bəhramov adına Respublika stadionunda keçirəcək son ölkə kubokunun qalibi sabahkı oyunda bir futbolçunun xidmətindən yararlana bilməyəcək. Sarı vərəqə limitini dolduran müdafiəçi Elnur Allahverdiyevin bu tur meydana çıxmayacağı dəqiqdir.

Qeyd edək ki, martın 12-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək "Bakı" - "Qarabağ" oyunu saat 14:00-da başlayacaq və "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.