QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" bu gün Lənkərana yola düşür (qol.az)

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində martın 17-də "Xəzər Lənkəran"la qarşılaşacaq Ağdamın "Qarabağ" klubu Lənkəranda keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşq keçən "Qarabağ" bu gün hazırlığın Bakı mərhələsini başa vuracaq və Lənkərana yola düşəcək.

Xatırladaq ki, bu komandalar arasında Ağdamda keçirilən ilk oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanmışdı