QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
ƏMRAH ÇƏLİKƏL: «XƏZƏR LƏNKƏRAN»LA OYUN ÖNCƏSİ KOMANDAMIZDA VƏZİYYƏT ƏLADIR» (qol.az)
nibank Premyer Liqasının final mərhələsinin ilk turunda «Bakı»ya 0:2 hesabı ilə məğlub olan «Qarabağ» komandasının rəhbərliyi məşqçi və futbolçularla görüş keçirib. Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib. Məğlubiyyətin səbəblərinin tam araşdırıldığını deyən Ə.Çəlikəl belə uğursuzluqların təkrarlanması üçün lazımi tədbirlərin görüləcəyini bildirib. O, «lazımi tədbirlər» deyərkən heç də futbolçulara cəza kəsilməsinin nəzərdə tutmadığını da söyləyib: «Futbolda belə şeylər olur. Bəli, mən də o fikirlə razıyam ki, «Qarabağ» bu mövsüm ən zəif oyununu keçirdi. Amma hesab edirəm ki, bu məğlubiyyəti faciəyə çevirmək lazım deyil. Biz iki gün sonra səfərdə «Xəzər Lənkəran»la vacib oyuna çıxacağıq. Məqsədimiz odur ki, bu oyunda istədiyimiz nəticəni əldə edib kubokun 1/2 finalına vəsiqə qazanaq. Bir daha deyirəm, «Bakı»ya məğlubiyyət böyük hadisəyə çevrilməməlidir. Biz artıq bu uğursuzluğu unutmuşuq və indi yalnız qarşıdakı oyunları düşünürük».
Əmrah Çəlikəl «Xəzər Lənkəran»la oyun öncəsi «Qarabağ»da əhval ruhiyyənin əla olduğunu söyləyib.