QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: “Bakı”ya məğlubiyyəti unudun!” (qol.az)
“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl Unibank Premyer Liqanın XXIII turu çərçivəsində “Bakı” ilə matçdan sonra futbolçularla görüşüb. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, T.Gözəl komanda üzvləri ilə görüşdə futbolçularına inandığını bildirib: “Bakı” ilə matçdakı məğlubiyyəti unutmağınızı istəyirəm. “Qarabağ” hər zaman ürəyi ilə mübarizə aparıb. Biz son bir il ərzində nadir hallarda məğlub olmuşuq”. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Tahir Gözələ komandaya verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib: “Bakı” ilə matçda komandamızın sərgilədiyi futbol heç də istədiyimiz kimi alınmadı”.
Sonda komandanın üzvləri Aslan Kərimov və Rəşad Sadıqov da çıxış ediblər. Hər iki futbolçu bütün komanda adından vitse-prezidentə “Xəzər Lənkəran”la kubok matçında növbəti mərhələyə çıxacaqlarına söz veriblər.