QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Olimpik-Şüvəlan` və `Standard`a 17000 manatlıq cəza!

`Unibank` Premyer Liqasının 23-cü turunda `Olimpik-Şüvəlan` – `Standard` matçında baş verən insidentə görə AFFA Nizam-İntizam Komitəsi (NİK) hər iki kluba ağır cəzalar kəsib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, `O-Ş`-dan Cahangir Həsənzadə, Vüsal Qarayev, `Standard`dan isə David Çiçveişvili, Sergi Orbeladze və George Seturidzenin intizamsızlığına görə, NİK hər iki klubü ümumilikdə 17000 manat məbləğində cərimələyib.

NİK-in qərarında deyilir ki:`Oyundan sonra `Olimpik-Şüvəlan` klubunun 17 №-li futbolçusu Tərlan Xəlilov, 12 №-li futbolçusu Cahangir Həsənzadə, 8 №-li futbolçusu Vüsal Qarayev və `Standard` klubunun 5 №-li futbolçusu David Çiçveişvili, 3 №-li futbolçusu Sergi Orbeladze, 22 №-li futbolçusu George Seturidze və `Standard` klubunun inzibatçısı Erkin Məmmədov bir-birlərinə zərbə endirdikləri üçün futbolçuların hər biri 2 oyunluq, inzibatçı isə 4 oyunluq cəzalandırılıb (Unibank Premyer Liqasının növbəti turlarını). Bu hadisə ilə əlaqədar olaraq `Olimpik-Şüvəlan` klubu 6000 (altı min) manat (yuxarıda göstərilən hər bir futbolçuya görə 2000 (iki min) manat), `Standard` klubu 10000 (on min) manat (yuxarıda göstərilən hər bir futbolçuya görə 2000 (iki min) manat, inzibatçıya görə 4000 (dörd min) manat) cərimə olunub (maddə 43).