QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
ƏMRAH ÇƏLİKƏL: «HƏM KOMANDAMIZ, HƏM DƏ ELNUR ÜÇÜN ƏN YAXŞI OLAN QƏRARI QƏBUL EDƏCƏYİK» (qol.az)
«Qarabağ» komandası yaxın günlərdə müdafiəçisi Elnur Allahverdiyevlə bağlı qərar çıxaracaq. Bu haqda Qol.Az-a «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib: “İnşallah, biz rəhbərliklə bir yerdə qərar qəbul edib açıqlayacağıq. Qurban müəllimin fikirləri ilə siz də tanışsınız və məsələnin nə yerdə olduğunu bilirsiniz. Bu məsələ ilə bağlı həm “Qarabağ”, həm də Elnur üçün ən yaxşı olan qərarı qəbul edəcəyik. Ölkə xaricindən bu gün gəlmişəm. Məsələnin mahiyyəti ilə də elə bu gün tanış olmuşam. Qurban Qurbanov “Qarabağ” klubunun baş məşqçisidir. Onun verdiyi qərar həm də bizim qərarımızdır».
Ə.Çəlikəl indidən Elnurun komandadan çıxarılıb-çıxarılmayacağı haqda bir söz deyə bilməyəcəyini bildirib: «Çünki mənim bu məsələdə tək qərar vermək səlahiyyətim yoxdur. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq».
Xatırladaq ki, bu mövsüm «Qarabağ»la müqaviləsi bitən E.Allahverdiyev «Qəbələ» ilə səfərdəki oyundan öncə baş məşqçinin xəbəri olmadan komandanın düşərgəsini tərk edib. Klubun baş məşqçisi Qurban Qurbanov hörmətsizlik etdiyinə görə Elnur Allahverdiyevi komandanın son məşqlərinə buraxmadığını bildirib.