QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» Foqtsun qurbanına çevrilməkdə davam edir (korner.az)
Bu gün Azərbaycan Premyer-Liqasının «ilk altılıq» oyunları çərçivəsində növbəti turun oyunları keçirilir. Qəbələdə yerli komandanın qonağı olan «Qarabağ» növbəti dəfə məğlubiyyətə üzülüb. Millinin baş məşqçisi Berti Foqtsun təlim-məşq toplanışı planının qurbanına çevrilən «Qarabağ» İordaniya və Lüksemburla görüşlərdən sonra qələbə üzünə həsrətdi. «Qəbələ»yə 1:3 hesablı məğlubiyyəti də tərəddüd etmədən yığmanın az əvvəlki toplanışının ayağına yazmaq olar. Xatırladaq ki, millinin əsası məhz «Qarabağ»lı futbolçulardan təşkil olunub.
Son illər uğursuzluq zolağından çıxa bilməyən «Neftçi» isə «Bakı»yla görüşdə 1:0 hesablı qələbəyə sevinib. Oyundakı yeganə qolu Adrian Nyaqa vurub.
Daha bir oyun isə «Şəfa» stadionunda «İnter»lə «Xəzər Lənkəran» arasında keçirilib. Oyundakı yeganə qolu 4-cü dəqiqədə penaltidən Petar Zlatinov vurub.