QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Elnur Allahverdiyev fikrini dəyişdi: Səhvimi başa düşmüşəm (apasport.az)

“Bizi “Neftçi” ilə çətin oyun gözləyir. Keçmiş komandama qarşı əzmlə mübarizə aparmaq niyyətindəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.

27 yaşlı müdafiəçi prinsipial qarşılaşmada yalnız qələbə üçün oynayacaqlarını bildirib: “Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Artıq müalicə olunmuşam. Özümü yaxşı hiss edirəm. Fikrimcə, doğma azarkeşlər önündə “Neftçi”ni məğlub etməliyik”.

Bir müddət öncə Elnurla klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov arasında problem yaranmışdı. Abdullayev bağışlandıqdan sonra start heyətində yerini qaytarıb. Bir ay əvvəl ölkə xaricinə getmək sevdası ilə alışıb-yanan müdafiəçi bu dəfə “Qarabağ”la müqaviləsinin müddətini artıracağını istisna etməyib: “Səhv hər bir futbolçusunun karyerasında ola bilər. Bundan heç kim sığortalanmayıb. Səhvimi başa düşmüşəm, artıq hər şey arxada qalıb. Ola bilsin ki, “Qarabağ”la müqaviləmin müddətini uzatdım”.