QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqifin `qızıl`a bir addım yolu qalsa da...

Hollandiya çempionatında 33-cü turun oyunları keçirilib. Millimizin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi `Tvente` öz meydanında `Feyenoord` klubunu qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Enshede təmsilçisinin qollarını Nkufo (40) və Stox (68) vurublar.
Zədəsi səbəbindən həmyerlimiz bu oyunda da meydana çıxa bilməyib.
Bu qələbədən sonra `Tvente` 83 xalla yenə də birinci yerdədir. Vaqifin komandasının ən yaxşın izləyicisi `Ayaks` isə öz meydanında `Herakles`i 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq xallarını 82-ə çatdırıb.
Qeyd edək ki, `Tvente` yarışları birinci yerdə başa vurarsa, Vaqif Hollandiya çempionu hesab ediləcək. Amma mövcud qaydalara əsasən, ölkə çempionatının oyunlarının 50 faizində meydana çıxmayan futbolçuya qızıl medal təqdim edilmir. Məlum olduğu kimi, Vaqif zədəsi səbəbindən hələ də meydana çıxa bilməyib. O, hətta bundan sonrakı qarşılaşmalarda `Tvente`nin heyətində oynasa belə, 50 faizlik baryerə yaxın ola bilməyəcək.