QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” 15-ə çatdı (apasport.az)
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatları tarixində 15-ci dəfə böyük hesabla uduzub. Apasport.az saytının hesablamalarına görə, bütün birinciliklərin iştirakçısı olmuş 3 komandadan biri 3 illik fasilədən sonra yenə ağır zərbə alıb.

Unibank Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı Quzanlıda 4:1 hesabı ilə məyus edən “Bakı” meydan sahiblərinin böyük hesabla uduzmamaq seriyasını dayandırıb. Ağdam təmsilçisi sonuncu belə məğlubiyyəti hələ Rasim Karanın baş məşqçi olduğu vaxtda almışdı. 2006/07 mövsümünün sonlarında ardıcıl iki görüşdə darmadağın olan “Qarabağ” mayın 7-də öz meydanında – Suraxanı qəsəbə stadionunda “Xəzər-Lənkəran”a uduzub – 1:4. 1076 gündən sonra yenə evdə, eyni hesaba üzülən “Qarabağ” həmin görüşdən 5 gün sonra Zaqatalaya yola düşmüşdü. İndiki baş məşqçi Qurbanovun həmyerliləri qonaqları 3 qola qonaq etmişdi. Həmin matç ukraynalı Vladimir Mazyarın het-triki ilə əlamətdar olmuşdu. Zaqataladakı uğursuzluqdan 1071 gün sonra isə Quzanlıda darmadağın qeydə alınıb.

“Qarabağ”ın milli çempionatdakı böyük hesablı məğlubiyyətləri

mövsüm

Böyük hesablı məğlubiyyət

1992

0

1993

0

1993/94

1

1994/95

1

1995/96

1

1996/97

0

1997/98

1

1998/99

2

1999/2000

0

2000/01

3

2001/02

Yarımçıq qalıb

2003/04

1

2004/05

2

2005/06

0

2006/07

2

2007/08

0

2008/09

0

2009/10

1

Cəmi

15