QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
6585 günlük seriya darmadağınla qırıldı (apasport.az)
Unibank Premyer Liqasının XXVIII turu “Qarabağ” üçün uğursuz oldu. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Quzanlı Olimpiya Kompleksində ilk məğlubiyyətini aldı.

Ötən ilin mayından ev oyunlarını həmin arenada keçirən “Qarabağ” bu müddətdə 16 qarşılaşmada 10 dəfə qalib gəlmiş və yalnız 6 dəfə qonaqlara 1 xal vermişdi. Bu matçların ikisi ölkə kuboku, digərləri çempionat çərçivəsində olmuşdu. Quzanlıdakı 17-ci oyunda 1:4 hesabı ilə uduzan komandanın doğma meydanda son məğlubiyyəti isə digər stadionda gerçəkləşmişdi.

1992-93-cü illərdə ev matçlarını “İmarət”də keçirən “Qarabağ” 28 dəfə həmin meydana çıxıb. Elə ilk görüşdə, müstəqillik dönəminin startında “İnşaatçı” (Sabirabad) ağdamlıları üstələmişdi – 1:2. Bu, Mehman Alışanovun milli çempionatlar tarixinin ilk qolunu vurduğu matça təsadüf edirdi. Sabirabadlıların əzmkar qələbəsi 1992-ci il mayın 3-nə təsadüf etmişdi. Ağdamdakı həmin uğursuzluqdan sonra rayonun işğalınadək 27 dəfə qonaq komandaların qələbə arzusu gözündə qalmışdı.

“İmarət” və Quzanlıda üst-üstə 43 oyun uduzmayan “Qarabağ” 6585 gündən sonra yenə qarabağlıların gözü qarşısında xalsız qaldı.