QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Foqts Qurbanovun milliyə gedən yolunu qapamaqla məşğuldu (derbi.az)

“Qarabağ”ın son uğursuzluğu Qurban Qurbanovun məşqçilik karyerasına ciddi zərbə vurdu desək, yanılmarıq. “Altılıq” qarşılaşmalarının startından bəri toparlana bilməyən və ardıcıl məğlubiyyətlərlə sevənlərini üzən Ağdam təmsilçisi, “Bakı”ya yenilməklə çempionluq şansını faktiki olaraq itirdi.
Derbi.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, “Qarabağ”ın uğursuzluğunun başlıca günahkarlarından biri Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsdu. Belə ki, Unibank Premyer Liqasının növbəti turu çərçivəsində “Bakı” ilə keçiriləcək önəmli qarşılaşmadan əvvəl ağdamlıların heyətindəki oyunçuları pərən-pərən salan alman mütəxəssis nəticədə Qurban Qurbanovun nəinki millini çalışdırmaq ehtimalını, hətta hazırkı komandasındakı gələcək karyerasını da ciddi zərbə altında qoyub. Azarkeşlərin Quzanlıdakı “İstefa, istefa” sədaları bunun bariz göstəricisidi. Gənc mütəxəssis oyun sonrası mətbuat konfransında “Bakı” ilə matça 7 futbolçusundan yoxsul hazırlaşdığını dilə gətirməklə, “Qarabağ”ın Foqtsun güdazına getdiyini üstüörtülü şəkildə bildirib.


Foqts Qurbanovun milliyə gedən yolunu qapamaqla məşğuldu