QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qarabağ məcburi köçkünlər arasında futbol turniri keçirir (azerisport.az)
Qarabağ Futbol Klubunun futbolunun kütləviləşməsi və yeni gənc istedadların üzə çıxarılması yolunda apardığı siyasət davam edir. Azerisport.az xəbər verir ki, klubun təşkilatçılığı ilə Ceyranbatan və Xırdalanda  yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblilər arasında futbol turniri start götürüb. Qarabağ məşqçilərinin izlədiyi yarışda Bərgüşad Aşağı Molla  (Qubadlı), Çıraqlı (Laçın), İstisu (Kəlbəcər), Minkənd (Laçın) kollektivləri, 2 saylı Xırdalan, Fırtına 2 saylı (Ceyranbatan), İnam 9 saylı (Xırdalan), Vulkan 1 saylı  (Ceyranbatan)  məktəblərin komandaları çıxış edir. Klubun rəsmi saytı 1995-1999 təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları  Qarabağın bazasında keçirildiyini yazıb.