QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl “Qarabağ”a baş çəkdi (korner.az)
Başqan komandaya sahib çıxdı

“Qarabağ”ın son zamanlar nümayiş etdirdiyi futbol və qazandığı nəticələrin qənaətbəxş olmaması azarkeşlərlə yanaşı, klub rəhbərliyini də narahat edir. “Korner.az” xəbər verir ki, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl həmişə olduğu kimi, komandanın dar günündə onun yanında olduğunu bir daha sübut edib. Klub rəsmisi futbolçularla toplantı keçirib. Onlarla söhbət edən, problemlərini dinləyən Tahir bəy futbolçulara inandığını, komandanın çətin günləri arxada qoyacağına şübhəsi olmadığı vurğulayıb. Toplantıda klubun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, komandanın kapitanı Aslan Kərimov, eləcə də legioner Admir Teli çıxış edib. Danışanlar “Qarabağ”ın toparlanacağını, qeyri-qənaətbəxş nəticələrinin səbəblərinin bəlli olduğunu və lazım gələndən də artıq fədakarlıq edəcəklərini bildirib. Aslan komanda adından Tahir bəyə verdiyi dəstəyə görə təşəkkür edərək, geridə qalan matçlarda ancaq qələbə üçün meydana çıxıb ən pis halda Avroliqaya vəsiqə qazanacaqlarını bildirib.