QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Araz` UEFA 3-cüsü oldu
Futzal üzrə UEFA kubokundakı təmsilçimiz Naxçıvanın `Araz` klubu Portuqaliyanın Lissabon şəhərindəki Pavilyau Atlantiko arenasında üçüncü yer uğrunda keçirilən oyunda İtaliyanın `Luparense` klubunu məğlubiyyətə uğradıb.
Qarşılaşmada hesabı `Araz` açıb. Vitali Borisov fərqlənib. Lakin italiyalı futzalçılar nəinki bərabərlik qolunu vurub, üstəlik, hesabda irəli keçib. `Araz` oyunun başa çatmasına 3 dəqiqə qalmış Tyaqunun fərqlənməsi sayəsində hesabda tarazlıq yaradıb. Oyun 2:2 hesabı ilə yekunlaşdığı üçün, Əsasnaməyə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. `Araz`ın qapıçısı Andrey Tveryankin `Luparense`nin kapitanı Vampetanın zərbəsini dəf edib.  Tyaqo, Biro Jade, Rizvan Fərzəliyev, Felipe və Vitali Borisov penaltiləri sərrast yerinə yetiriblər. Beləliklə, ümumi nəticədə 7:6 hesabı ilə (2:2 – əsas vaxt, 5:4 – penalti seriyası) qalib gələn `Araz` futzal üzrə UEFA kuboku yarışını üçüncü pillədə başa vurub.