QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Admir Teli ən yaxşı seçildi - sorğu (korner.az)
“Qarabağ”ın azarkeş saytı olan www.imaretfc.com saytı “Qarabağ”ın bütün yönləri ilə işıqlandırmasıyla fərqlənir. Saytda bu dəfə azarkeşlərdən “Qarabağ”da oynamış ən yaxşı legionerin kim olmasıyla bağlı sorğu yerləşdirilib. Azarkeşlərin fikrincə, “Qarabağ”ın ən yaxşı legioneri Admir Telidir. Albaniya millisinin 28 yaşlı üzvü ötən ilin qışından ağdamlıların formasını geyinir. Ötən il ölkə kubokunun qazanılmasında, cari mövsümdə Avroliqada tarix yazan komandanın aparıcı siması olan Admir, səslərin 38 faizini toplayıb. İkinci sırada isə 2005-ci ilin ikinci yarısında komandada top qovmuş Sergey Kravçenko qərarlaşıb. “Qarabağ”dan ayrıldıqdan sonra Kiyev “Dinamo”suna transfer olunan, Ukrayna millisinə qədər yüksələn, hazırda “Dnepr”in şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi 25 faiz səs toplayıb. 3-cü sırada isə Makedoniya futbolunun əfsanəsi Artim Şakiri qərarlaşıb. Ötən mövsüm komandanın şərəfini qorumuş Şakiri 15 faizin rəğbətini qazanıb.

"Qarabağ"da oynamış ən yaxşı legioner?

Hakan Dəmir - 8.26%
Artim Şakiri - 14.05%
Denis Sokolovski - 1.65%
Sergey Kravçenko - 24.79%
Georgi Adamiya - 0.83%
Zəkəriyyə Ramadani - 0.83%
Sedat Saini - 1.65%
Admir Teli - 37.19%
Nidal Fərhadoviç - 2.48%
Bojan İliç - 6.61%
Viktor İbekoyi - 0.83%
Mamaduba Souma - 0.83%