QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: «Qarabağ»ı yarıyolda qoyub «Neftçi»yə qayıtmaq mənə yaraşmaz» (qol.az)
«Mənim növbəti mövsümdən «Neftçi» klubunun baş məşqçisi olacağım haqda deyilənlər, sadəcə olaraq, versiyalardır». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində son günlər adı «Neftçi»nin baş məşqçisi vəzifəsinə namizədlər sırasında çəkilən «Qarabağ»ın çalışdırıcısı Qurban Qurbanov söyləyib.  «Bildiyiniz kimi, «Qarabağ» komandası ilə müqaviləm var. Mənim klubun rəhbərliyi ilə münasibətlərim elədir ki, onlara heç vaxt «Qarabağ»ı tərk edəcəyimi deyə bilmərəm. Komandanı yarıyolda qoyub getmək mənə yaraşmaz. Bizdə hər şey qarşılıqlı hörmət əsasında qurulub. «Qarabağ» komandasının rəhbərliyi mənə inanır və güvənirsə, mən bu klubu tərk edə bilmərəm» - deyən Q.Qurbanov «Neftçi»ylə heç bir danışıq aparmadığını da bildirib.