QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Finalın adı:`Xəzər-Lənkəran` - `Bakı`

Azərbaycan kubokunun finalçıları məlum olub. `Xəzər-Lənkəran`ın ilk oyunda səfərdə `Olimpik-Şüvəlan`la heç-heçə oyandıqdan sonra cavab oyununda işi rahat olacağı gözlənilirdisə, səfərdə `Bakı`nı minimal hesabla məğlub edən `İnter`in vəsiqənin taleyini həll edəcəyi gözlənilirdisə, cənublulardan fərqli paytaxtın eyniadlı təmsilçisi sürprizə imza atıb. Düzdü, lənkəranlıların da işi asan olmayıb. Mircavadovun yetirmələri ilk yarıda Lalin hesabı açdıqdan sonra 77-ci dəqiqədə Bunyevçeviç hesabı bərabərləşdirib. Amma 5 dəqiqə sonra Mario Souza ev sahiblərinə qələbə gətirən qol imza ataraq komandasını 1 illik fasilədən sonra kubokun finalına çıxarıb.

Digər oyunda isə ilk qolu `Bakı` vurub. Sofronin qoluna cavab 2-ci hissədə Qutyerreslə gəlib. Amma 5 dəqiqə ərzində daha 2 qol vuraraq hesabı 3:1-ə gətirib. `Bakı`nın azlıqda qalması da nəticəni dəyişdirməyib və Biçərin komandası tarixində 2-ci dəfə finala vəsiqə qazanıb.