QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov "Bakı"ya inanır (fanat.az)

"Onların potensialı Lənkərandan xal gətirməyə imkan verir"

Fanat: "Təbii ki, hər bir uğur futbolçu üçün əzizdir. İl ərzində çəkdiyin zəhmətin qarşılığında sonda bəhrəsini görmək insana mənəvi rahatlıq verir. 3 həftə öncə heç kim bizə şans vermirdi. Amma o zaman Tahir bəylə görüşdə demişdim ki, geridə qalan 4 matçda maksimum nəticə üçün meydana çıxacağıq. Belə də nəticə də öz-özünə gələcək". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Aslan Kərimov deyib.
Aslan "Bakı"ya inandığını bildirib. Onun fikrincə, paytaxt klubu Lənkəranda "Xəzər Lənkəran"ı bürdəcək: "İlk çempionluğumu 1993-cü ildə "Qarabağ"la qazanmışam. 17 il sonra növbəti çempionluğun bir addımlığında olmaq fərqli bir duyğudur. Düzdü, "iplər" öz əlimizdə deyil. Amma liderin "Bakı"yla oynaması ümid qığılcımı yaradır. Çünki, "Bakı" hər zaman sona qədər döyüşən komandadır. Paytaxt klubunun potensialı imkan verir ki, Lənkərandan xal gətirsin".
"Çox maraqlıdı ki, son 2 mövsüm çempionluğun taleyini biz həll etmişik. Daha doğrusu dəyişmişik. İndi özümüz gözləmə mövqeyindəyik. Amma eyni zamanda öz oyunumuza motivasiya olmalıyıq. "Neftçi"nin legionerləri yola salması heç yerinə düşmədi. Arif müəllimin (Arif Əsədov - "Neftçi"nin baş məşqçisi) indi şans verəcəyi uşaqlar 2 qat əzmlə mübarizə aparacaq. Amma təbii ki, oyuna qələbə üçün çıxacağıq. Avrokuboklara vəsiqə qazanmışıq. Amma çempionluq futbol  üçün əsas zirvə sayılır", deyə kapitan əlavə edib.