QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: «Neftçi»nin gənclərə üstünlük verməsi bizim üçün daha təhlükəlidir» (qol.az)

«Komandamızda ab-hava yüksək səviyyədədir. Son matçımıza ruh yüksəkliyilə çıxacağıq. Qələbə qazanaraq çempion olmaq istəyirik».
Bu sözləri Qol.Az-ın müxbirilə söhbətdə «Qarabağ» komandasının direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, «Neftçi» ilə matç son dərəcə gərgin keçəcək: «Düzdür, Bakı təmsilçisinin artıq heç bir iddiası qalmayıb. Bununla yanaşı, «Neftçi»nin əsas heyət oyunçuları olan bir neçə legioner də artıq komandadan göndərilib. Bir çoxları bu amiləri bizim üstünlüyümüz kimi dəyərləndirərək, bunun «Qarabağ»ın qələbəsinə zəmin yaratdığını deyir. Fikrimcə, bu yanaşma yanlışdır. Qarşıdakı matçda «Neftçi» gənclərə üstünlük verəcək ki, bəlkə də bu, bizim üçün daha təhlükəlidir. Ola  bilər ki, həmin gənc futbolçular göndərilən legionerlərdən daha yaxşı təsir bağışlasın. Həm də onlar daha istəkli oyun nümayiş etdirəcəklər».
Ağdam təmsilçisinin çempionluq şansları barədə Ə.Çəlikəl bunları sbyləyib: «Bizi yalnız «Neftçi» ilə oynanılacaq matç maraqlandırır. Biz sadəcə bu oyuna köklənmişik. Hər zaman bu iki komandanın oyunu gərgin və maraqlı keçib. Son ana qədər mübarizə apararaq, matçdan qalib ayrılmağa çalışacağıq. Təbii ki, çempionluq əlimizdə olmadığı üçün digər oyunların nəticəsini gözləmək məcburiyyətində qalacağıq. İşimiz yalnız qələbə qazanmaqdır, başqa şeylər bizlik deyil».