QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Bakı»nın keçmiş məşqçisi «Qarabağ»da! (qol.az)

«Bakı» klubunun keçmiş məşqçisi Çudomir Çakarov bundan sonra karyerasını Ağdamın «Qarabağ» klubunda davam etdirəcək. Bu haqda Qol.Az-a «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, bolqarıstanlı mütəxəssislə bu gün bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ç.Çakarov Coko Haciyevskinin dönəmində «Bakı»da baş məşqçinin köməkçisi işləyib. Bülənt Qorxmazın təyinatından sonra isə vəzifəsindən kənarlaşdırılıb. «Qarabağ»a gələnə qədər Çakarov Bolqarıstanın «Vixren» klubunda çalışırdı.