QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” üçün bolqarıstanlı məşqçi (apasport.az)
Ağdamın “Qarabağ” klubunun rəhbərliyi yeni məşqçisinin kimliyə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, türkiyəli Fatih Kavlakın “Qəbələ” klubuna gedişindən sonra baş qalan köməkçi məşqçi postuna vaxtilə “Bakı”da eyni vəzifəni icra edən bolqar Çudomir Çakarov gətirilib.

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl fiziki hazırlıq üzrə çalışdırıcı ilə bu gün bir illik müqavilə bağladıqlarını bildirib: “Qyoko Hacıyevski “Bakı”nın baş məşqçiliyi dövründə onun köməkçisi olan Çakarov oyunçularımızın potensialı, Azərbaycan futbolunun özəllikləri ilə yaxşı tanışdır. O, istedadlı, enerjili məşqçidir. Bizə məhz beləsi lazımdır”.

Qeyd edək ki, ötən ilin sentyabrında Hacıyevskinin gedişindən sonra vətəninə dönən Çakarov yaxşı tanıdığımız türkiyəli baş məşqçisi Naci Şensoyun Plovdivin “Lokomotiv” klubunda köməkçisi olub. “Bakı”da iki müxtəlif vaxtda çalışan bolqar Hacıyevski milli komandamızda işlədiyi 4 ayda da ona kömək edib.