QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ın zədəliləri sağalır (90plus.info)
Ötən mövsüm son turları ərəfəsində zədələnən "Qarabağ"lı Rəşad Sadiqov və Əfran İsmayılovun durumu qənaətbəxşdir. Bu barədə klubun rəısmi saytında yer alan xəbərdə bildirilir. Bərpa prosesi sürətlə gedən "Qarabağ"lı gənclər iyunun 5-də start götürəcək yeni mövsüm hazırlıqlarına qoşula biləcək. Hər iki futbolçu vəziyyətləri ilə əlaqədar klubun saytına müsahibə veriblər.
Rəşad Sadiqov: "Məlum olduğu kimi, dizimin zədələnməsi ilə yanaşı iliyə su da yığılmışdı. Artıq bu həftə zədənin 6 həftəsi tamam olacaq. Elə millinin alman həkimi də demişdi ki, bu elə bir zədədir ki, minimum 6 həftə suyun çəkilməsini gözləmək lazımdır. Artıq yüngül hərəkətlər edirəm. Arada qaçıram. Düzdü, müəyyən ağrılar var. Amma tibbi personalın dediyinə görə hələ müəyyən ağrılar olacaq. Həftəsonu Maqnit-Rezonans (MR) müayinəsindən keçəcəm. Ondan sonra zədəmlə bağlı son durum bəlli olacaq. İnşallah, iyunun 5-ində komandayla birgə hazırlıqlara başlayacam."
Əfran İsmayılov: "Artıq rahat yeriyə bilirəm. Trenajorda çalışıram, müəyyənləşmiş sistemlə hovuzda üzürəm. Ağrılarım azalıb. Hazırlıqların başlanmasına qədər tam hazır olacağımı düşünürəm. Hələlik, bir 10 gün vaxtım var. Bu müddətdən maksimum yararlanmağa çalışacam ki, komandanın yeni mövsüm çalışmalarına qədər hazır olum."