QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Adamiya və Soliç ən yaxşı oyunçular seçildi - 27.05.2010 21:44 (pfl.az)

Ağdamın "Qarabağ" klubunun hücumçusu Georgi Adamiya və paytaxtın "Bakı" klubunun yarımmüdafiəçisi Aleksandar Soliç Unibank Premyer Liqasının müvafiq olaraq aprel və may ayları üçün ən yaxşı oyunçuları seçilib. KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən bu nominasiyada qalib gələn futbolçular Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının xüsusi hədiyyələri ilə mükafatlandırıldı. Qeyd edək ki, hal-hazırda yay istirahətində olan futbolçuların əvəzinə hədiyyələr klub rəsmilərinə təqdim olundu.

 

Adamiya və Soliç ən yaxşı oyunçular seçildi - 27.05.2010 21:44