QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milli uduzdu, Elvin 6-cı qolunu vudu

Azərbaycan millisi Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Bu dəfəki rəqib Makedoniya millisi olub. Son zamanlar məğlub olmayan Berti Foqtsun tələbələri balkan komandasına boyun əyib. 8-ci dəqiqədəTriçkovski hesabı açıb. 65-ci dəqiqədə isə millinin kapitanı Rəşad Sadıqovun başına dəyən Kamran Ağayevin qoruduğu tora daxil olub. Sona 2 dəqiqə qalmış isə makedonlar Qyurovski ilə hesabı darmadağın həddinə çatdırıb. Amma son 2 oyunda meydanı qolsuz tərk etməyən `Qarabağ`ımızın pleymeykeri Elvin Məmmədov 90-cı dəqiqədə hesab arasında fərqi azaldaraq millidəki 20-ci oyununda 6-cı qolunu vurdu.

Matçda başqa qol olmayınca millimiz meydandan 3:1məğlub ayrıldı.  

Millimiz Avstriyada sonuncu yoxlama görüşündə Hondurasla qarşılaşacaq.