QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" hansı futbolçuları transfer etmək istəyir? (fanat.az)

Ağdam təmsilçisi Premyer Liqa klublarının gənc oyunçularını hədəfə alıb

Fanat: "Qarabağ" Premyer Liqa klublarında çıxış edən yerli futbolçuları hədəfə alıb. Kluba yaxın mənbələrdən Fanat.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi hazırda müxtəlif klublarda çıxış edən 3 yerli gənci heyətinə qatmaq istəyir. Bu futbolçularla danışıqlar prosesi davam etdiyindən onların kimliyi və çıxış etdikləri klubların adları açıqlanmır.
Yerli futbolçularla yanaşı, "Qarabağ" əcnəbi axtarışını da davam etdirir. Hücum xəttində boşluq olan Ağdam klubu ön xəttə səviyyəli bir legioner transfer etmək istəyir.