QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» U-15 liqasının qalibi oldu (qol.az)

Bu gün «Kapital Bank U-15 liqa»nın 2009/2010-cu il mövsümünün qalibi müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Şağan Olimpiya İdman Kompleksinin stadionunda əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib. «Təhsil» komandası üzərində 4:1 hesablı qələbə qazanan «Bakı» bürünc medallara sahib çıxıb.
Finalda isə «Neftçi» və «Qarabağ» komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran «Qarabağ» «Kapital Bank U-15 liqa»nın qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Üçüncü yeri tutmuş «Bakı» komandasının üzvlərinə xatirə medallarını AFFA-nın Texniki direktoru Bernhard Lippert, ikinci yerin sahibi olan «Neftçi»yə isə veteran futbolçu Vəli Qasımov təqdim edib. Liqanın çempionu «Qarabağ» komandasının üzvlərinə AFFA-nın Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Keçirilməsi şöbəsinin müdiri Elxan Səmədov tərəfindən medallar, Kapital Bankın nümayəndəsi Ləman Ağayeva tərəfindən isə Kapital Bankın xüsusi hədiyyələri verilib. Liqanın ən məhsuldar futbolçusu, «Bakı» komandasının üzvü Namiq Ələsgərov Kapital Bank tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Sonda «Qarabağ» komandasına kubok təqdim olunub.