QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Ötən il Avroliqada uğurlu çıxışımız indi bizə çətinlik yaradır” (apasport.az)
"Yaranan fasilədən istifadə edib, istirahət edirik. İnşallah, iyunun 7-də bir araya gəlib hazırlığa başlayacağıq. Yəni, az adamla məşq etmək məcburiyyətində qalacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.

37 yaşlı futbolçu bildirib ki, Avropa Liqasının oyunlarında azarkeşləri sevindirməyə çalışacaqlar: “Əlbəttə, kimin nəyə qadir olması avrokuboklar zamanı müəyyənləşəcək. Ötən il uğurlu çıxış etməyimiz bizə əlavə çətinlik yaradır. Çünki azarkeşlər bizdən daha çox şey tələb edəcəklər və buna haqları var”

Kərimov püşkün nəticəsindən və digər məqamlardan asılı olduqlarını söyləyib: “Əlbəttə, “keçəcəyəm” deməklə, mərhələ adlamaq olmur. Biz indi asılı vəziyyətdəyik. Avropa Liqasında yaxşı oynamaq üçün hazırlıq dövründən səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, püşkün nəticəsi çox şeyi dəyişə bilər. Amma biz istənilən hadisəyə hazırlıqlı olmalıyıq”.