QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Terek”lə oyundan sonra Bakıya qayıdır (qol.az)
Türkiyənin Qızılcahamam bölgəsində növbəti mövsümə və Avropa Liqasının oyunlarına hazırlaşan “Qarabağ” vətənə dönür. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, artıq Avroliqanın püşkü atıldığından və oyunla bağlı bütün təfərrüatlara aydınlıq gəldiyindən təmsilçimiz mövcud duruma əsasən hərəkətə keçib. Belə ki, komandamız sabah Rusiya Premyer Liqasının təmsilçisi “Terek”lə sonuncu yoxlama oyununda üz-üzə gələcək. Makedoniya “Metallurq”u ilə oyunöncəsi sonuncu sınağını keçəcək Qurban Qurbanovun komandası bunun səhəri, yəni iyunun 24-ü isə Bakıya qayıdacaq və oyuna 1 həftə qalmış hazırlıqlarını Bakıda davam etdirəcək.