QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”ın Bakıya qayıdış tarixi dəqiqləşib (apasport.az)
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasına hazırlıq planına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, avrokubokların püşkatmasından sonra ilk oyunu Bakıda keçirəcəyi məlum olan ağdamlılar buna uyğun hərəkət etməyi lazım bilib.

Sabah Rusiyanın “Terek” klubu ilə görüşəcək Qurban Qurbanovun yetirmələri bu yoxlama oyununun ertəsi vətənə dönəcək. I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” komandası ilə görüşəcək təmsilçimiz ilk matç ərəfəsində son hazırlıqlarını Bakıda keçirəcək. Yəni, iyulun 1-də baş tutacaq ilk oyuna qədər olan son bir həftədə məşqlər paytaxtda davam etdiriləcək.