QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Ağdamlılar iyunun 24-də Vətənə qayıdırlar (azerisport.az)
«Qarabağ» futbol klubu iyunun 24-də Bakıya dönür.
 
azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, artıq Avroliqanın püşkü atıldığına və oyunla bağlı bütün təfərrüatlara aydınlıq gəldiyinə görə komanda mövcud duruma əsasən hərəkətə keçib. Belə ki, ağdamlılar sabah Rusiya Premyer-liqasının təmsilçisi «Terek»lə sonuncu yoxlama oyununda üz-üzə gələcək və «Metallurq»la oyundan öncə sonuncu sınağını keçəcək. İyunun 24-ü isə Qurban Qurbanovun komandası Bakıya qayıdacaq və oyuna 1 həftə qalmış hazırlıqlarını Bakıda davam etdirəcək.
 
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində «Qarabağ» iyulun 1-də Bakıda Makedoniyanın «Metallurq» komandasını qəbul edəcək.