QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Zamin Əliyev: «Qarabağ»ın oyununda şou təşkil edəcəyik» (cimbom.az)

«UltrAslan-Azərbaycan» dərnəyinin vitse-prezidenti Zamin Əliyevin CimBom.Az saytına müsahibəsi

- «Qalatasaray»a nə vaxtdan azarkeşlik edirsən?
- 1994-cü ildən, 7 yaşımdan. Həmin vaxt «Beşiktaş»la «Qalatasaray» oynayırdı. Nədənsə, Bu komanda ürəyimə yatdı. Həmin vaxtdan «Qalatasaray»ın fanatıyam.
- «UltrAslan-Azərbaycan»a nə vaxtdan qoşulmusan?
- 2005-ci ildən. Dərnəyin qurucularından biri olmuşam. 2009-cu ildə isə vitse-prezident seçildim.
- «Qalatasaray» son mövsümdə sizə necə təsir bağışladı?
- Çox uğursuz mövsüm oldu. Komandada «Qalatasaray» ruhu yox idi. Gözlənilməz nəticələrə imza atdı. Xusisilə, «Fənərbaxça» ilə derbi oyunlarında bizi çox məyus etdi.
- Yeni mövsümdə «Qalatasaray»dan nə gözləyirsiniz?
- Bütün kubokuları - Türkiyə çempionluğunu, kubokunu və Avroliqanı qazanmasını arzulayıram. Ən əsası da gözəl oyunla bizləri sevindirməsini istəyirəm. İnşallah, hər şey bizim istədiyimiz kimi olar.
- «Qalatasaray»da ən çox sevdiyiniz oyunçu kimdir?
- Bütün oyunçular bizim üçün əzizdir. Kim daha çox kluba xeyir verirsə, can yandırırsa, onu daha çox sevirik. Amma Arda Turan və Lukas Neylə daha çox simpatiyam var.
- Ardanın Avropa klublarına keçmək ehtimalı var. Buna necə baxırsan?
- Ardanın Avropanın aparıcı klublarında forma geyinməsini istəyirəm. Amma o, indi bizə daha çox laxımdır. Yeni stadionda yeni, tamamilə fərqli «Qalatasaray» görmək istəyirəm. Məncə, Arda daha bir il komandada qalmalıdır. Ondan sonra Avropanın əsas klublarından birinə keçər.
- Hazırkı «Qalatasaray» rəhbərliyinin işi sizi qane edir?
- Yox. Çünki transfer siyasətini düzgün qurmurlar. Lazım olan mövqeyə transfer etmək əvəzinə, başqa mövqeyə futbolçu alırlar. Bizim indi ən ciddi problemimiz müddafiə və qapı xəttindədir. Bu mövqelərdəki boşluğu təcili doldurmaq lazımdır. İnanıram ki, bu il yaxşı transferlər edib, üzümüzü güldürərlər.
- Azərbaycanda sizi tez-tez qınayırlar ki, ölkə klubları qala-qala Türkiyə klubuna azarkeşlik edirsiz. Buna münasibətiniz necədir?
- Hər insanın ürəyində bir şeyə sevgi var. Bizim də sevgimizdir. Biz Türk Dünyasının fəxri olan bir kluba azarkeşlik edirik. Amma bu o demək deyil ki, biz Azərbaycana azarkeşlik etmirik. İstər yığmanın, istərsə də klublarımızın beynəlxalq oyunlarında həmişə meydanda oluruq, can-başla təmsilçilərimizi dəstəkləyirik. Bizim üçün «Neftçi», «Qarabağ», «Bakı» və ya «Xəzər Lənkəran»ın fərqi yoxdur. Əsas Azərbaycanın adıdır. Əynimizdə «Qalatasaray» forması olsa da, ürəyimizdə hər zaman vətən sevgisi var.
- Yeri gəlmişkən «UltrAslan-Azərbaycan» dərnəyi yığmanın oyunlarını boykot edir. Bu aksiya nə vaxta qədər davam edəcək?
- Biz yığmada əcnəbi yox, yerli futbolçu istəyirik. Bizə Axtyamov, Pereyra, Nduka, Ladaqa kimi oyunçular lazım deyil. Bizə Zaur, Mahmud, Samir kimi içində vətən sevgiisi olan, meydanda canını qoyan oyunçular lazımdır. Boykot aksiyasız Berti Foqts yığmadan gedənə qədər davam edəcək.
- Avrokubok mövsümü gəlir. Yenə klublarımıza dəstək verəcəksiniz?
- Həmişə olduğu kimi meydanlarda olacağıq. Bilirsiniz ki, «Qarabağ» Bakıda ev oyununu keçirəcək ilk komandamız olacaq. Artıq bu oyunun hazırlıqlarına başlamışıq. Bu oyun indiyəqədərki oyunlardan tam fərqlənəcək. Bu matçda stadionda əməli-başlı şou təşkil edəcəyik. «Qarabağ»ın mərhələ adlaması, uğurlu çıxış etməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Məqsədimiz Azərbaycan futbolunu dünyaya tanıtdırmaq, vətənmizini adını yüksəklərə qaldırmaqdır.
- Bu təkcə «Qarabağ»ın oyunlarında olacaq, yoxsa digər klublarımızın oyunlarında da belə edəcəksiniz?
- Yenə deyirəm ki, inşallah istəklərimizi imkanlarımız daxilində bütün Avrokubok oyunlarında həyata keçirə bilərik.
- Bu il Avrokuboklarda hansı komandalarımızdan uğur gözləyirsən?
- Bütün komandalarımızın uğurlu çıxışını gözləyirəm. Amma «İnter»in rəqibi daha güclü olduğu üçün bir az ümidim azdır. Allahın köməkliyi ilə «İnter» və digər klublarımız başımızı uca edəcək.
- Fan klubun fəliyyətini genişləndirmək, daha da aktiv fəaliyyət göstərmək planlarınız var?
- Əlbətdə ki, planlarımız var. «UltrAslan-Azərbaycan» müasir fan-klubdur. Hər an dəyişir, yenilənir və günü-gündən də sıralarımız genişlənir. İnşallah «Qalatasaray» Çempionlar Liqasının qalibi olanda fanatlarımızın sayı daha da artacaq, İnanırıq ki, klubumuz tezliklə nəyinki Avropanın, hətta dünyanın ən böyük və güclü bir klubuna çeviriləcək.
- Fan-klubun hazırda neçə min üzvü var?
- Bakı və bölgələrlə birlikdə fan-klubumuzun 63 minə yaxın üzvü var. Fan-klub üzvlərinin sayına görə Bakıdan çox Gəncə gəlir.
- Sirr deyilsə üçüncü hansı rayondur?
- Zaqatala.
- Fan-klubun rəhbəri Ceyhun Əzizlinin işi səni və üzvlərini qane edir?
- Əlbətdə ki. Ceyhun qardaşımız bu fan-klubu yaradana qədər çox əziyyət çəkib. İndi də onu saxlamaq, fəliyyətini davam etdirmək üçün çox əziyyətlərə qatlaşır. Biz ona sadəcə olaraq mənəvi dəstək veririk.